
"Şamaxı"dan ayrılan futbolçu "Karvan"la anlaşdı
0
"Şamaxı"dan ayrılan Vüsal Məsimovun yeni klubu müəyyənləşib.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı sol cinah müdafiəçisi Premyer Liqada qalacaq.
Məsimov elitaya qayıdan "Karvan"la anlaşıb. Futbolçu Yevlax klubu ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Vüsal Məsimov ötən mövsüm "Şamaxı"nın heyətində 11 rəsmi matçda meydana çıxıb.