
"Sabah"ın rəqibində ayrılıq - RƏSMİ
0
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın rəəqibi olan "Levski"də ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Bolqarıstan təmsilçisi Klement İkenna ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
22 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Ukraynanın "Krivbas" klubunda çıxış edib.
Qeyd edək ki, "Sabah" bu gün Bakı vaxtı ilə saat 22:00-da Sofiyada "Levski" ilə ilk oyuna çıxacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.