"Sabah"ın legioneri "Qarabağ"a qarşı final görüşü haqda: "Qalib gələcəyimizə inanırdıq"

"Sabah"ın legioneri "Qarabağ"a qarşı final görüşü haqda: "Qalib gələcəyimizə inanırdıq"

 
0

"Sabah"ın futbolçusu Cessi Sekidika Sportal.az saytına açıqlama verib.

O, komandasının ölkə kubokunun finalında "Qarabağ"(3:2) üzərində qazandığı qələbəni şərh edib:

"Çox həyəcanlı və gərgin oyun oldu. Amma biz sonuna qədər inandıq və sona qədər də mübarizə apardıq. Komandamı təbrik edirəm. “Qarabağ” çox yaxşı komandadır, onlar da finalda yaxşı oynadılar. Hər halda, biz kuboku qazandıq, buna görə də xoşbəxtəm. Final görüşü olduğun başa düşürdük və anlayırdıq ki, sona qədər mübarizə aparmaq lazımdır. Hər an hər şeyin dəyişə biləcəyini bilirdik. Hesabda geridə olsaq belə, mübarizə aparmalı olduğumuzu bilirdik. Doğrudur, matçın gedişində bir penaltidən yararlana bilmədik. Amma komanda olaraq bütün gücümüzü meydanda qoyduq. Qalib gəldiyimizə görə şadam".

Sekidika, final matçından əvvəl penalti seriyası olacağını ehtimal edərək, bunu məşq etdiklərini söyləyib: "Bəli, matçdan öncə penaltilərə də hazırlaşmışdıq. Amma biz inanırdıq ki, görüşün taleyi penaltilərə qalmaz. Oyunun əsas və ya əlavə vaxtında qalib gələcəyimizə inanırdıq. Ona görə də şadam ki, qalib gəldik".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.