
"Real" yetirməsinin transferindən 9 milyon avro qazanacaq
0
Miqel Gutierresin "Napoli"yə transferi "Real"a pul qazandırıb.
Sportal.az xəbər verir ki, müdafiəçi, neapolitanlar tərəfindən "Jirona"dan 18 milyon avroya alınıb, əlavə olaraq 2 milyon avro bonuslar da nəzərdə tutulub.
Məlumata görə, Madrid klubu bu məbləğin yarısını alacaq. Bu şərt, Gutierresin "Real"ın yetirməsi olaraq 2022-ci ildə Kataloniyanın "Jirona"ya transferi ilə bağlı müqaviləyə daxil edilib.