Qəbələdə kütləvi futbol festivalı keçirildi

Qəbələdə kütləvi futbol festivalı keçirildi

 
0

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qəbələ şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.

Sportal.az xəbər verir ki, 100-ə yaxın uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda iştirakçılara AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib. Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.