
"Qarabağ"la oyundan əvvəl 5 qollu qələbə
0
Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şkendiya" ilk oyununa çıxıb.
Jeton Beqirinin rəhbərlik etdiyi kollektiv doğma meydanda "Şkupi"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" səfərdə keçirilən ilk oyunda "Şkendiya"nı 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.