
"Qarabağ"dan ayrılan Cica: "Bu klubun bir parçası olmaq çox xoş idi" - FOTO
0
"Qarabağ"dan ayrılaraq Əlcəzairin “Beluizade klubuna keçən Redon Cica sosial şəbəkədə Ağdam klubu haqda paylaşım edib.
Sportal.az xəbər verir ki, alban hücumçu o, “Qarabağ”dan ayrılıq barədə bunları yazıb:
"2,5 ildən sonra vidalaşmaq vaxtı çatdı. Paltardəyişmə otağını bölüşdüyüm, dostluq münasibətləri qurduğum heyətə, futbolçulara təşəkkür etmək istəyirəm. Mənə hər zaman dəstək olan azarkeşlərə də minnətdarlığımı bildirmək istəyirəm. Sizə uğurlar arzulayıram. Bu klubun bir parçası olmaq çox xoş idi. "Qarabağ"a təşəkkür edirəm".