Premyer Liqa klubundan 42 milyon avroluq transfer

Premyer Liqa klubundan 42 milyon avroluq transfer

 
0

"Vest Hem" "Nitsa"dan icarəyə götürdüyü Jan-Kler Todibo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi fransalı mərkəz müdafiəçisi üçün satınalma bəndini işə salıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vest Hem" 25 yaşlı oyunçu üçün "Nitsa"ya 42 milyon avro təzminat ödəyib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Vest Hem" Jan-Kler Todibonu mövsümün əvvəlində icarəyə götürmüşdü. Fransa millisinin üzvü London klubunun heyətində 29 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.