"Neftçi"nin sabiq kapitanı: "Qurban Qurbanovun formalaşmış heyəti var"

"Neftçi"nin sabiq kapitanı: "Qurban Qurbanovun formalaşmış heyəti var"

 
0

"Neftçi" və "Şimali Makedoniya millisinin sabiq futbolçusu İqor Mitrevski bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Şkendiya" matçı barədə açıqlama verib.

Sportal.az-a danışan Mitrevski bunları qeyd edib:

"Birinci oyuna baxdım. "Qarabağ"ın favorit olduğunu demişdim. Amma futboldur da, hər şey mümkündür. "Şkendiya" FKSB klubuna qarşı səfərdə əla oynadı. 1:0 elə də güclü nəticə deyil. Görək də maraqlı olacaq. "Şkendiya" baş məşqçisnin nə dediyini gördüm. İtirəcək bir şeylərinin olmadığını bildirdi. 0:1-dən sonra müdafiə olunmayacaqlarki.

ÇL-Də iştirakı dayandırıb, Avropa Liqasına getmək də yaxşıdır. Amma onlar Konfrans Liqasına düşüblər artıq. Klubun yaxşı sponsoru var, yaxşı komandadır, bir neçə ildir birlikdə oynayırlar. Baş məşqçi düz deyir, "vabank" gedəcəklər. Lakin "Qarabağ" favoritdir, evdə oynayır. Qurban Qurbanovun formalaşmış heyəti var. Nə istədiklərini bilirlər. Komanda çox təcrübəlidir. "Şkendiya" "vabank" gedəcək, "Qarabağ" da nə etməli olduğunu bilir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.