"Neftçi"nin sabiq hücumçusu ərəb ölkəsinə üz tutdu

"Neftçi"nin sabiq hücumçusu ərəb ölkəsinə üz tutdu

 
0

"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportal.az xəbər verir ki, braziliyalı "Əl-Vəsl"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin formasını geyinib. Onun son klubu Macarıstan "Ferentsvaroş"u olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.