
"Neftçi"nin hücumçusu "Dinamo"ya keçir? - agenti danışdı
0
"Neftçi"nin hücumçusu Dembo Darbonun agenti Florian Biba forvardın "Dinamo"ya (Brest) keçə biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, “football.by” portalına danışan Biba məlumatı təkzib edib:
“Dembo Darbonun “Dinamo”ya keçəcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Onun "Neftçi" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var”.
Xatırladaq ki, daha əvvəl qambiyalının transferin detallarını müzakirə etmək üçün Belarusda olduğu bildirilirdi. 26 yaşlı futbolçu 2024-cü il avqustun 28-də “Neftçi”yə keçmişdi. O, əvvəllər “Banjul”, “Şkupi”, “Şaxtyor”(Soliqorsk), “Əl-Nəsr”(BƏƏ), “Astana”, “Ordabası” klublarında oynayıb.