Misli Premyer Liqası: 33 mövsümün “33-lüy”ü

Misli Premyer Liqası: 33 mövsümün “33-lüy”ü

 
0

Avqustun 15-də Misli Premyer Liqasının 2025/26 mövsümü start götürəcək.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.

İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

1    Rahid Əmirquliyev    451

2    Mahmud Qurbanov    421

3    Rəşad Sadiqov    392

4-5    Asif Məmmədov    388

     Azər Məmmədov    388

6    Aslan Kərimov    382

7    Rəşad Abdullayev    378

8-9    Elvin Məmmədov    376

     Maksim Medvedev    376

10    Vurğun Hüseynov    368

11    Aqil Məmmədov    363

12-13    İsmayıl Məmmədov    351

     Qara Qarayev    351

14    Rəşad Sadıqov    343

15    İlkin Qırtımov    339

16    Elnur Abdullayev    334

17    Vüqar Nadirov    332

18    Urfan Abbasov    329

19    Rail Məlikov    328

20    Kənan Kərimov    327

21    Tural Axundov    324

22    Slavik Alxasov    319

23    Nadir Nəbiyev    316

24    Rauf Əliyev    315

25    Mübariz Orucov    311

26    Müşfiq Hüseynov    305

27    Ədəhim Niftəliyev    303

28-30    Arif Daşdəmirov    302

     Kamal Quliyev    302

     Rəhman Hacıyev    302

31    Mehman Yunusov    298

32    Viktor İqbekoyi    294

33    Aleksandr Çertoqanov    293

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.