
Millimiz Belarusla matça hazırlaşır - FOTOLAR
0
Daha öncə də xəbər verdiyimiz kimi, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.
Sportal.az xəbər verir ki, Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Hazırda Bakıda təlim-məşq toplanışını davam etdirən millimizin fotolarını sizə təqdim edirik: