
Mikels "Sabah"la bağlı paylaşım etdi - FOTO
“Sabah”ın futbolçusu Coy-Lens Mikels sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçu Masazır klubunun heyətində vurduğu qollardan ibarət video paylaşaraq, komandaya və azarkeşlərə təşəkkürünü bildirib:
"Bu əlamətdar hadisədə əməyi olan hər kəsə, keçmiş və indiki komanda yoldaşlarıma, məşqçilərimə, fiziki hazırlıq məşqçilərə və hamıya təşəkkür etmək istərdim. Məni meydanda və meydandan kənarda dəstəkləyən hər kəsə və həmişə məni alqışlayan fantastik azarkeşlərimizə də, həmçinin. Asistləriniz, fədakarlığınız və tribunadan yorulmaz dəstəyiniz olmasaydı, “Sabah” üçün bu 50 qol mümkün olmazdı. Hər bir qol bizim kollektiv işimizin nəticəsidir. Bu mərhələ təkcə mənə deyil, hamımıza aiddir. Təşəkkür edirəm".
Qeyd edək ki, Mikels Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub”la(4:1) görüşündə het-trik edərək, “Sabah”ın heyətində vurduğu qolların sayını 50-ə çatdırıb. Onun ən yaxın izləyicisi isə Cessi Sekidikadır(20 qol).
Mirbağırağa