"Mənə özümü evdəki kimi hiss etdirən hər kəsi çox sevirəm" -    vida mesajı

"Mənə özümü evdəki kimi hiss etdirən hər kəsi çox sevirəm" - vida mesajı

 
0

Ceydon Sanço “Çelsi” ilə vidalaşıb. Daha əvvəl qeyd olunduğu kimi, London klubu 25 yaşlı vingeri “Mançester Yunayted”dən birdəfəlik transfer etməyəcək, çünki futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırıla bilməyib.

Sportal.az xəbər verir ki, “Çelsi” bu razılaşmanın yerinə yetirilməməsi üçün “qırmızı şeytanlar”a 5 milyon funt ödəyəcək, baxmayaraq ki, transfer məbləği 25 milyon funt sterlinqə qədər ola bilərdi. Sanço öz vida mesajında yazıb:

“Bu təcrübəyə görə minnətdaram. Mənə özümü evdə hiss etdirən hər kəsi - komanda yoldaşlarımı, heyəti və azarkeşləri çox sevirəm. Kluba gələcəkdə yalnız uğurlar arzulayıram. Səmimi qəlbdən təşəkkür edirəm. Sağ olun, “mavilər”.

Qeyd edək ki, keçən mövsümdə Sanço “Çelsi”nin heyətində Premyer Liqada 31 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.