Matçın ən yaxşı seçilən oyunçusu 55 kq-lıq kartofla təltif olundu

Matçın ən yaxşı seçilən oyunçusu 55 kq-lıq kartofla təltif olundu

 
0

Fransız müdafiəçi Maksim Sulya uğurlu çıxışından sonra qeyri-adi mükafat alıb.

Sportal.az xəbər verir ki, onun çıxış etdiyi "Sonderjsyke" komandası Danimarka çempionatının 3-cü turunda "Nordsyelland"ı 3:2 hesabı ilə məğlub edib. Sulya bu oyunda qol vuraraq matçın ən yaxşı oyunçusu seçilib.

Mükafat olaraq ona oyunun sponsoru tərəfindən 55 kiloqram təzə çıxarılmış kartof olan əl arabası təqdim edilib. Bu hadisə həm azarkeşlər, həm də sosial şəbəkələrdə böyük marağa səbəb olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.