"Levski"nin baş məşqçisi: "Əgər özümüzü cütün favoriti hesab etsək..."

"Levski"nin baş məşqçisi: "Əgər özümüzü cütün favoriti hesab etsək..."

 
0

Bu gün “Sabah” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşıb. Matçda meydan sahibləri son dəqiqədə vurduğu qolla qələbə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Levski"nin baş məşqçisi Xose Velaskes bunları qeyd edib:

"Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. Oyunçular matça son dərəcə yüksək səviyyədə köklənmişdilər. Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Əgər özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.