La Liqa klubunda ayrılıq

La Liqa klubunda ayrılıq

 
0

İspaniyanın "Vilyarreal" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" Erik Beyi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvünün klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Erik Beyi 2024-cü ilin yanvar ayında "Beşiktaş"dan ayrıldıqdan sonra "Vilyarreal"a keçmişdi. 31 yaşlı mərkəz müdafiəçisi ötən möövsüm La Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.