La Liqa klublarının televiziya gəlirləri -    ümumilikdə 1,351 milyard avro

La Liqa klublarının televiziya gəlirləri - ümumilikdə 1,351 milyard avro

 
0

"Barselona" televiziya yayım hüquqlarından 109 milyon avrodan çox qazanacaq.

Sportal.az xəbər verir ki, As nəşrinin məlumatına görə, 2024/25 mövsümündə La Liqa televiziya yayım hüquqlarının satışından əldə etdiyi 1,351 milyard avro gəliri aşağıdakı kimi bölüşdürəcək:

Gəlirin bölgüsü:

50% – Bərabər bölgü (təxminən 675,5 milyon avro):

Hər bir La Liqa klubu (cəmi 20 klub) 33,77 milyon avro alacaq.

25% – Turnir cədvəlindəki yerə əsasən (337,75 milyon avro):

1-ci yer – "Barselona": 17% → 57,42 milyon avro

2-ci yer – "Real": 15% → 50,66 milyon avro

3-cü yer – "Atletiko": 13% → 43,91 milyon avro

25% – Azarkeş sayı, biletlər, yayım reytinqləri kimi kommersiya göstəricilərinə görə bölüşdürüləcək.

Avrokuboklara vəsiqəyə görə əlavə ödənişlər:

Çempionlar Liqası (ÇL) – "Barselona", "Real", "Atletiko", "Atletik", "Vilyarreal":

– Hər biri 18,62 milyon avro alacaq.

Avropa Liqası (AL) – "Betis", "Selta":

– Hər biri 4,31 milyon avro

Konfrans Liqası (KL) – "Rayo Valekano":

– 3,17 milyon avro

Bu məbləğlər avrokuboklardakı qələbələrə və mərhələlərə keçdikcə daha da artacaq.

Yekun məbləğ:

"Barselona" (çempion, ÇL):

– 33,77 + 57,42 + 18,62 = 109,81 milyon avro

"Real"(2-ci yer, ÇL):

– 33,77 + 50,66 + 18,62 = 103,05 milyon avro

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.