Kilian Mbappe xəstəxanaya yerləşdirildi

Kilian Mbappe xəstəxanaya yerləşdirildi

 
0

"Real"ın futbolçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.

Sportal.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı hücumçu kəskin qastroenteritdən əziyyət çəkir. Mbappe bir sıra tibbi analizlərdən keçəcək və müvafiq müalicə alacaq.

26 yaşlı forvard səhhəti ilə əlaqədar dünən klublararası dünya çempionatının "Əl-Hilal"la matçında (1:1) iştirak etməyib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.