
"Kəpəz" 3 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ
0
"Kəpəz" üç futbolçu ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əli son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda komandanın qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.