
"Karvan-Yevlax"da almaniyalı hücumçu - RƏSMİ
0
"Karvan-Yevlax" növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Cey-Slayd Mikelslə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 31 yaşlı futbolçunun son klubu Almaniya təmsilçisi “Uevekoven”dir.
Qeyd edək ki, Coy-Slayd Mikel "Sabah"ın hücumçusu Coy-Lens Mikels və ötən mövsüm "Şamaxı"da çıxış etmiş Leroy Mikelsin qardaşıdır.