
"Karvan" nigeriyalı futbolçu transfer etdi - RƏSMİ
0
Premyer Liqaya vəsiqə qazanan "Karvan" növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, nigeriyalı hücumameyilli yarımmüdafiəçi Gavi Thompsonla 1 illik müqavilə imzalayıb.25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib.
Gavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müəssər olub.