İtaliya millisinin üzvü "Liverpul"da -    RƏSMİ

İtaliya millisinin üzvü "Liverpul"da - RƏSMİ

 
0

"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İngiltərə çempionu "Parma"dan Covanni Leonini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Liverpul" italiyalı mərkəz müdafiəçisi üçün onun klubuna 31 milyon avro təzminat ödəyib. 18 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, "Parma" Covanni Leonini ötən ilin yayında "Sampdoriya"dan transfer edib. İtaliya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.