İngiltərə millisinin hücumçusu "Beşiktaş"da

İngiltərə millisinin hücumçusu "Beşiktaş"da

 
0

"Beşiktaş" "Roma"nın hücumçusu Temmi Abrahamın transferini yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü artıq İstanbuldadır. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

27 yaşlı forvard tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. "Beşiktaş" ingiltərəli futbolçu üçün İtaliya klubuna 20 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Temmi Abraham ötən mövsüm icarə əsasında"Milan"da çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.