
"İmişli" braziliyalı ilə müqavilə imzaladı - RƏSMİ
0
"İmişli" Dioqo Vaskes Rollonu komandada saxlayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa klubu braziliyalı mərkəz müdafiəçisinin müqavilə müddətini artırıb.
Onunla 2 illik müqavilə imzalanıb.
"İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Rollonun komandada qalmasını istəyib.
Bundan əvvəl Premyer Liqa klubu Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev və İmam Əlini heyətinə qatıb.