
I Liqa üçün pley-off matçının vaxtı açıqlandı
0
2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda 28 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcəklər.
Sportal.az xəbər verir ki, bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.
2025/26 mövsümündə II liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, II Liqada 4-cü yer "Hypers Quab" tutub. I Liqanın 9-cusu isə son turun oyunlarıından sonra məlum olacaq.
I Liqada çıxış etmək uğrunda pley-off
28 may, 16:00
"ASCO Arena" ("CBC Sport" canlı)