Fransa klubunun vingeri "Yuventus"a keçir

Fransa klubunun vingeri "Yuventus"a keçir

 
0

"Lill"in futbolçusu Edon Jeqrova karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Yuventus" kosovolu vingeri transfer etmək istəyir. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Ağ-qaralar" Jeqrova üçün Fransa klubuna 15 milyon avroluq təklif göndərib. Klubların anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, "Lill" Edon Jeqrovanı 2022-ci ilin yayında "Bazel"dən transfer edib. Kosovo millisinin üzvü olan 26 yaşlı futbolçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.