"Ferentsvaroş"un prezidenti: "Biz heç vaxt təslim olmayacağıq"

"Ferentsvaroş"un prezidenti: "Biz heç vaxt təslim olmayacağıq"

 
0

"Ferentsvaroş" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çəçrivəsində doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin prezidenti Qabor Kubatov matçdan sonra özünün sosial şəbəkə hesabında paylaşım edib. Klub rəhbəri Azərbaycan çempionunun yaxşı oynadığını bildirib:

"Qarabağ”ı təbrik edirəm, oyunda hər şeyi düz etdilər. Amma nə qədər çətin olsa da, biz heç vaxt təslim olmayacağıq. Hər zaman "Ferentsvaroş".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında cavab qarşılaşması 27 avqust tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.