"Fənərbaxça"nın istədiyi hücumçunun nümayəndəsi İstanbula gəldi

"Fənərbaxça"nın istədiyi hücumçunun nümayəndəsi İstanbula gəldi

 
0

"Fənərbaxça" "Əl-Nəsr"in hücumçusu Con Duranı heyətinə qatmağa yaxındır.

Sportal.az xəbər verir ki, artıq kolumbiyalı futbolçunun nümayəndəsi İstanbula gedib. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

Nümayəndə 21 yaşlı forvardın "Fənərbaxça" ilə müqaviləsinin son detallarını müzakirə etmək üçün Türkiyəyə səfər edib. İstaanbul nəhəngi oyunçunu 1 mövsümlük icarəyə götürəcək.

Qeyd edək ki, "Əl-Nəsr" Con Duranı bu ilin yanvar ayında "Aston Villa"dan 77 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 12 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.