
"Etdiyim jest dinlə bağlıdır" - Emin Mahmudov
0
"Neftçi"nin kapitanı Emin Mahmudov ötən gün Misli Premyer Liqasının 1-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyunda (1:1) qol vurduqdan sonra etdiyi jesti ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, o, Polşada keçirilən təlim-məşq toplanışı zamanı “Hapoel”ə qarşı yoxlama oyununda da sol əlini havaya qaldıraraq eyni jesti etmişdi.
"Şamaxı" ilə dünənki oyundan sonra jurnalistlərin suallarını cavablandıran Mahmudov jestinin hansı mənanı verdiyi barədə danışıb:
“Bu, dinlə bağlıdır. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm. Bu jesti edən başqa futbolçular da var”.
(Qol.az)