Edin Ceko İtaliya klubunda -    RƏSMİ

Edin Ceko İtaliya klubunda - RƏSMİ

 
0

"Fənərbaxça"dan ayrılan Edin Cekonun yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, bosniyalı hücumçu karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Ceko "Fiorentina" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı forvard artıq Florensiya təmsilçisi üçün tibbi müayinədən keçib. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.