
"Barselona"nın qapıçısı sənədi imzalamaqdan imtina etdi - kapitanlıqdan məhrum ediləcək
0
Mark-Andre ter Stegen artıq “Barselona”nın kapitanı olmayacaq.
Sportal.az xəbər verir ki, "3Cat"ın məlumatına görə, klub rəhbərliyi alman qapıçının kapitanlıqdan məhrum edilməsi barədə göstəriş verib və baş məşqçi Hans-Diter Flik yaxın zamanda kapitan dəyişikliyi etməlidir.
Bu qərar ter Stegenin zədəsi ilə bağlı sənədi imzalamaqdan imtina etməsi ilə əlaqədardır. Həmin sənəd La Liqa komissiyasına təqdim olunmalı idi.
“Barselona” bu səbəbdən futbolçuya qarşı intizam işi açmaq qərarına gəlib və rəhbərlik hesab edir ki, belə bir vəziyyətdə o, komandanın siması ola bilməz.