
Azərbaycanlı futbolçu Qırğızıstanda 3-cü qolunu vurdu
0
Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında qol vurmağa davam edir.
Sportal.az xəbər verir ki, 17-ci turun oyununda onun çıxış etdiyi "Özqon" komandası evdə "Alğa" klubunu 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu Əliyev 27-ci dəqiqədə penaltidən vurub. Bu, onun yeni komandasında üçüncü qoludur.
Hazırda "Ozqon" 25 xal toplayaraq turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.