
Azərbaycanlı futbolçu Asiya klubu ilə müqavilə imzaladı - FOTO
0
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
Sportal.az xəbər verir ki, ötən mövsümü “Səbail”də keçirmiş İlkin Muradov Qırğızıstanda oynayacaq.
Yarımmüdafiəçi “Abdış-Ata” ilə müqavilə imzalayıb.
Ötən həftə bu klub millimizin sabiq forvardı Mirabdulla Abbasovu da heyətinə qatmışdı. Muradov "Şamaxı" və "Zirə" klublarında da oynayıb.