Azərbaycan millisi Polşada oynaya bilər

Azərbaycan millisi Polşada oynaya bilər

 
0

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan Ukrayna millisi tsiklin ev oyunlarını Polşada keçirə bilər.

Sportal.az "Tribuna.com" portalına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası üçün prioritet Vrotslavdakı “Tarçinski Arena” stadionudur.

Bildirilir ki, bu variant artıq UAF İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib, lakin stadionun icarəsi ilə bağlı sənədlər hələ imzalanmayıb.

Xatırladaq ki, Ukrayna Rusiya ilə davam edən müharibə səbəbindən öz vətənində rəqiblərini qəbul edə bilmir. Ukrayna - Azərbaycan görüşü oktyabrın 13-də keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.