
Azərbaycan millisi Mavritaniyaya qarşı - YENİLƏNİR
Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı keçirilir.
Sportal.az xəbər verir ki, A qrupunun 3-cü, sonuncu turunda Azərbaycan yığması Mavritaniya millisi ilə qarşılaşacaq.
19:30 Azərbaycan – Mavritaniya
Azərbaycan millisi: Ağaseyid Qasımov, Vəli Qafarov - Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazade, Elvin Əlizadə, Məhəmməd Xəlilov, Ramiz Çovdarov
Millimiz bu qrupda Bəhreynlə heç-heçə edib (1:1), Sloveniyaya qalib gəlib (4:0). Mavritaniya isə sloveniyalılarla heç-heçə edib (1:1), Bəhreyni isə (2:0) məğlub etmişdi. Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında keçirilir.