
Arda Turan "Eyüpspor"dan ayrıldı, bu komandanın baş məşqçisi olacaq
0
Arda Turan "Eyüpspor"un baş məşqçisi postundan ayrılıb.
Sportal.az xəbər verir ki, türk mütəxəssis Super Liqanın 37-ci turunda "Antalyaspor" qarşısında İstanbul təmsilçisində çıxıb. Müqaviləsi başa çatan məşqçi klubdan ayrılacağını açıqlayıb.
Arda Turanın Ukraynada çalışacağı gözlənilir. Fabritsio Romanonun məlumatına görə, 38 yaşlı çalışdırıcı "Şaxtyor"la 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprel ayından "Eyüpspor"a rəhbərlik etdirdi. Onun komandası Super Liqada 37 turdan sonra 53 xalla 6-cı yerdədir.