
"Araz-Naxçıvan"ın rəqibi belçikalı ilə anlaşdı
0
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan yunan “Aris” transferini reallaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi belçikalı müdafiəçi Noa Fadiqanı heyətinə qatıb.
Son klubu "Gent" (Belçika) olan futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-ü və 31-də baş tutacaq.