
Almaniya millisinin üzvü "Qalatasaray"a keçə bilər
0
"Hoffenhaym"ın yarımmüdafiəçisi Umut Tohumcu karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" türk futbolçunu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
İstanbul klubu 20 yaşlı yarımmüdafiəçi üçün "Hoffenhaym"la danışıqlara başlayacaq. Almaniya U-21 millisinin üzvü olan oyunçu dünən Türkiyə Super Liqasının "Qalatasaray" - "Başakşehir" matçını stadionda izləyib.
Qeyd edək ki, Umut Tohumcu "Hoffenhaym"ın yetirməsidir. Gənc futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.