AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərinə görə cərimələdi

AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərinə görə cərimələdi

 
0

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan kuboknun finalında baş verənlərlə bağlı aşağıdakı qərarlar verilib:

Azərbaycan Kuboku Final

31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);

31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Müşfiq Hüseynov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 42.3);

31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ” klubunun 7 nömrəli futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalansın, “Qarabağ” klubu 3000 manat cərimə edilsin (maddə 43.3, 1);

31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 37);

31.05.2025-ci il tarixində Azərbaycan Kubokunun finalı “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.